Nazir müavini: “Azərbaycanın ixrac coğrafiyası genişlənib”

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:01

“Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər”.

“Space” xəbər verir ki, bunu  Bakıda keçirilən arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: “Ölkəmizin aqrar sektorun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb”. 

Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilib:”Bu il isə balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik”. 

S.Talıbov əlavə edib ki, arıçılığın yem təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun