Nazir müavini: “Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə növbəti görüş oktyabrda keçiriləcək”

  • SpaceTV
  • 13 Sentyabr 2019 11:11

“Azərbaycan-Rusiya sərhədinin demarkasiyası məsələsində heç bir problem yoxdur. Hər şey plan üzrə gedir”.

Space məlumat verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti görüşü oktyabr ayında keçiriləcək.

“Görüşlər arasında birbaşa sərhəd xəttində koordinatları, işarələrin quraşdırılmasını müəyyənləşdirmək üçün işlər aparılır. İlin əvvəlində Bakıda keçirilən iclasda bütün il üçün plan təsdiq etdik və bu plana əsasən işimizi yerinə yetiririk”, – Azərbaycan XİN başçısının müavini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun