Nazir Angela Merkelin əlini sıxmadı – Koronavirusa görə

  • Space TV
  • 2 Mart 2020 16:26

Almaniya Daxili İşlər naziri Horst Zehofer koronavirus səbəbindən kansler Angela Merkelin əlini sıxmayıb.

SPACE TV xəbər verir ki, tədbirdə Merkel salona girərkən heç kimə əl uzatmadan yerinə keçib. Lakin oturduğu yerin yanında Zehoferi görən Merkel ona doğru əlini uzadıb. Zehofer isə “Yox, yox” deyərək imtina edib. Merkel isə cavabında “Həqiqətən, başa düşürəm sizi” deyərək yerində əyləşib.

Qeyd edək ki, Zehofer koronavirus səbəbindən 2 həftədir heç kimlə əllə görüşməmək qərarı alıb. 

Paylaş

 Xəbəriniz olsun