Nazim Hüseynov və Elnur Məmmədlidən Ordumuza dəstək

  • Space TV
  • 7 Oktyabr 2020 15:34

Azərbaycanın cüdo üzrə olmpiya çempionları – Nazim Hüseynov və Elnur Məmmədli Azərbaycan Ordusuna dəstək olublar.

Spacetv.az-ın məlumatına görə, onlar zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər.

Hüseynov və Məmmədli xalqı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanın, rəşadətli Ordunun ətrafında sıx birləşməyə səsləyiblər.

Qeyd edək ki, Nazim Hüseynov 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşüb. Elnur Məmmədli isə 2008-ci ildə Çinin paytaxtı Pekindəki olimpiadada birinci olub. 

Paylaş

 Xəbəriniz olsun