Naxçıvanda zəlzələ oldu

  • Space TV
  • 14 Sentyabr 2020 17:30

Naxçıvan Muxtar Respublikasında (MR) zəlzələ olub.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 18 km qərbdə Naxçıvan MR-nın Babək rayonunda zəlzələ qeydə alınıb.

Dərinliyi 10 kilometr olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Paylaş

 Xəbəriniz olsun