Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

  • SpaceTV
  • 19 Sentyabr 2019 13:41

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri birnövbəli rejimdə fəaliyyət göstərəcək.

“Space” bildirir ki,  bununla bağlı Muxtar Respublikanın Təhsil Nazirliyində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclas zamanı qərar qəbul olunub.

Qərara əsasən, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək.

Paylaş

 Xəbəriniz olsun