Naxçıvanda deputatların maaşı artırıldı

  • Space TV
  • 21 İyul 2020 16:38

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqları artırılıb.

space tv-ın məlumatına görə, bununla bağlı məsələyə Ali Məclisin bu gün keçirilən sessiyasında baxılıb.

Ali Məclisin sədri Vasif Talıbov deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib.

Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlanıb. 

Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun