Naxçıvanda bank hesablarının sayı 8% artıb

  • Space TV
  • 24 Avqust 2020 11:35

Bu il avqustun 1-nə Naxçıvan MR-da bank hesablarının sayı 89 024 olub. 

Spacetv.az-ın yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən il avqustun 1-i ilə müqayisədə 6 717 vahid və yaxud 8,2% çoxdur

Hesabların 77 836-sı və ya 87,4%-i aktiv hesablardır.

Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 22 598 bank hesabı açılıb ki, bu da illik müqayisədə 6 611 vahid və yaxud 41,3% çoxdur. Yeni hesabların 22 584-ü aktiv hesablardır. 

İyulun sonuna Naxçıvanda quraşdırılmış POS-terminalların sayı isə 1 324 olub ki, bu da 1 il əvvələ nisbətən 48 ədəd və yaxud 3,8% çoxdur.

Paylaş

 Xəbəriniz olsun