Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

  • SpaceTV
  • 6 Aprel 2020 11:50

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi koronavirus xəstələri barədə məlumat yayıb.

SPACE TV xəbər verir ki, ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.

Paylaş

 Xəbəriniz olsun