Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib

  • Space TV
  • 27 Noyabr 2019 13:52

Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

SPACE TV  bildirir ki, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.

Paylaş

 Xəbəriniz olsun