Naxçıvan Xüsusi Təyinatlıları Qələbə paradına hazırlaşır

  • Space TV
  • 9 Dekabr 2020 16:15

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar.

Spacetv.az xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib.

Qeyd edək ki, sabah- dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.

Paylaş

 Xəbəriniz olsun