Navalnının vəziyyəti yaxşılaşıb

  • Space TV
  • 21 Avqust 2020 11:43

Aleksey Navalnının müalicə aldığı Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirib ki, siyasətçinin vəziyyəti yaxşılaşıb.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, baş həkim bu barədə jurnalistlərə açıqlamasında söyləyib.

“Gecə yaxşı keçdi, onun səhhəti səhər saat səkkizdə bir qədər yaxşılaşdı, lakin hələ də tam sabitliyə nail olunmayıb. Bu gün mütəxəssislərin iştirakı ilə konsilium keçirdik. Almaniyaya müalicəyə göndərilməsi üçün ilk növbədə pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır”, deyə A. Muraxovski vurğulayıb.

Xatırladaq ki, ötən gün Moskvadan Tomska yollanan müxalifətçinin halı təyyarədə kəskin pisləşib. O, ayaqyoluna getdikdən sonra huşunu itirib.

Təyyarə Omsk şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

Müayinə zamanı məlum olub ki, siyasətçi naməlum maddə ilə zəhərlənib.

Paylaş

 Xəbəriniz olsun