NATO helikopteri dənizə düşdü

  • SpaceTV
  • 30 Aprel 2020 09:49

NATO-ya məxsus helikopter İon dənizində qəzaya uğrayıb.

Yunanıstanın “militaire.gr” saytı xəbər verir ki, qəza zamanı Kanadanın “Sea King” adlı “Sikorsky CH-124” helikopterində altı nəfər hərbçi olub.

Hərbi nəqliyyat vasitəsi Kefaloniya adasının yanında dənizə düşüb.

Aprelin 29-u axşam saatlarında “HMCS Fredericton (FFH 337)” freqatı helikopterin qalıqlarını aşkar edib.

Məlumata əsasən, orada olan hərbçilərdən biri həyatını itirib.

Paylaş

 Xəbəriniz olsun