NATO ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcək

  • Space TV
  • 6 Yanvar 2020 15:49

İraqda vəziyyətin və ABŞ ilə İran arasındakı münasibətlərin gərginləşməsi NATO ölkələri baş qərargah rəislərinin yanvarın 14-də Brüsseldə keçiriləcək iclasında müzakirə ediləcək.

SPACE TV  xəbər verir ki, bu barədə TASS-a Avropa ölkələrindən birinin NATO-dakı missiyasındakı diplomatik mənbə məlumat verib.

“İraqdakı vəziyyət və İranla münasibətlərin gərginləşməsi məsələləri şübhəsiz ki, NATO Hərbi Komitəsinin yanvarın 14-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində keçiriləcək iclasında nəzərdən keçiriləcək”, – mənbə bildirib.

Amma NATO-nin yaydığı rəsmi proqramda baş qərargah rəislərinin bu mövzunu müzakirə edəcəkləri barədə məlumat əksini tapmayıb.

Paylaş

 Xəbəriniz olsun