“National Geographic”: “Mübariz uşaqlığında yaşadığı evi xarabalıqlar arasından tapan zaman ağladı” – FOTO

  • Space TV
  • 2 Mart 2021 14:15

“National Geographic” jurnalı 1993-cü ildə Qarabağdakı müharibə zamanı Kəlbəcərdən atası ilə birlikdə qaçmağa məcbur olan Mübariz adlı bir azərbaycanlının hekayəsini paylaşıb.

Bu barədə məşhur jurnalın rəsmi “Instagram” hesabında paylaşım edilib.

“Kəlbəcərdəki Murov dağ aşırımı 1993-cü ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda gedən müharibədən xilas üçün Azərbaycanın minlərlə dinc sakininin yeganə əlçatan marşrutu idi. Bir çoxları piyada getməli və donmalı oldu. Mübarizə və atasına bu dağları keçmək, bununla da təhlükəsizliklərini təmin etmək üçün bir həftə vaxt lazım oldu. Erməni qoşunları tərəfindən 27 il ərzində işğalda saxlanılan Kəlbəcər rayonu ölkələr arasında münaqişənin son alovlanmasının Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması ilə başa çatmasından sonra 2020-ci ilin noyabrında Azərbaycana qaytarılıb. Ailəsinin birinci Qarabağ müharibəsindən qaçmasından təxminən 30 il sonra Mübariz öz qızını Kəlbəcərdəki kəndlərinə apardı”, – deyə nəşr qeyd edib.

Nəşr qeyd edir ki, Mübariz “öz uşaqlığında yaşadığı evi xarabalıqlar arasından tapan zaman ağlayıb”.

https://www.instagram.com/p/CL4nsmqjfex/?utm_source=ig_embed

Paylaş

 Xəbəriniz olsun