Narkotiki evində gizlətdi

  • SpaceTV
  • 7 Dekabr 2019 17:03

Şəmkir rayon polis şöbəsinə Qaracəmirli kənd sakini Tural Məmmədlinin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsi saxlayan polis üzərindən 23 qram qurudulmuş marixuana aşkar edərək götürüb. Tural Məmmədli ilkin ifadəsində marixuananı həmkəndlisindən aldığını deyib.

S-X Tural Məmmədli saxlanılan şəxs Eşitdim həmkəndlim Şəhirayrda var. Ondan 50 manat verib bir kibrit qutusu aldım. İstifadə etdim. Sonra da ikinci dəfə iki kibrit qutusu və bir bağlama alandan sonra polis əməkdaşları məni tutdu.

Təxirəsalınmaz əməliyyat tədbirləri narkotiki satan Şəhriyar Rzayev də saxlanılıb. Onun yaşadığı evdən və qohumuna məxsus mənzildən kibrit qutularında qablaşdırılan və sellafon torbada qurudulmuş marixuana aşakar edilib.  

S-X Elvin Gözəlov baş müstəntiq Şəhriyar Rzayevin öz evinə və qaynanasınə məxsus evdən 73 ədəd kibrut qutusunda və sellafan torbada ümumi çəkisi 1 kloqram 147 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan Şəhriyar Rzayev əməlini səmimi etiraf edib. O narkotik vasitəni aqrotexniki qaydada qulluq edib becərdiyini və məqsədinin satış edib pul qazanmaq olduğunu bildirib.

S-X Şəhriyar Rzayev saxlanılan şəxs Öz bildiyim yerə basdırıb qulluq etdim. Böyüdüb karopaya doldurub satmaq istədim. Oda heçnə gəlib polislər tutdu.

Saxlanılan hər iki şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

VASİF VAQİFOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun