Narkotik vastələrin qanunsuz dövriyyəsi

  • SpaceTV
  • 11 Dekabr 2019 15:17

Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olanlar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar. Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı Xalid Hacızadə və Cəbrayıl İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə Xalid Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun