Narkotik vasitənin təsiri altında avtomobil idarə edən saxlanıldı

  • Space TV
  • 26 Avqust 2020 13:34

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.  Spacetv.az-ın məlumatına görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Bu zaman avtomobilin sürücüsü,  Cəlilabad şəhər sakini İsmayıl Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Həmin şəxsin bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib. İsmayıl Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Təyyar Nəsirli, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun