Narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.

  • SpaceTV
  • 2 May 2020 11:58

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Bülbülə qəsəbəsində yaşayan Asif Süleymanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qram narkotik vasitə heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə baxış keçirən polis əməkdaşları oradan əlavə 2 kiloqram heroin, müvafiq sənədləri olmayan 1 ədəd vinçester tipli ov tüfəngi və həmin silaha aid 11 ədəd patron aşkar edərək götürüblər. Asif Süleymanov ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə Biləsuvar rayonunda aldığını bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Asif Süleymanov cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun