Narkotik vasitə dövriyyədən çıxarılıb

  • Space TV
  • 15 Avqust 2020 14:08

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat həyata keçirilib. Space TV-nin məlumatına görə, polis əməkdaşlarının  daxil olmuş əməliyyat məlumatı əsasında gerçəkləşdirdikləri əməliyyat nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda   4 kiloqramdan artıq narkotik vasitə  olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun