Narkotik vasitə becərdi keçmiş məhkum saxlandı

  • SpaceTV
  • 6 May 2020 13:48

Ona məxsus evin bağ sahəsinə baxış zamanı  çəkisi 2 kiloqram 325 qram oan 7 ədəd  narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib. Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində  Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun