Narkotik vasitə aşkarlanıb

  • SpaceTV
  • 1 İyun 2020 13:52

Keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan Şamil Qarayevin üzərinə baxış zaman onun üzərindən ayrı-ayrı 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan digər şəxs, Balakən rayon sakini, Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metanfetamin götürülüb.

Hər iki fakt üzrə CM-nin müvafiq maddələri ilə araşdırma aparılır.

İlkin Piranov Space TV

Paylaş

 Xəbəriniz olsun