Narkotik vasitə aşkarlandı

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:44

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi minik avtomobili rayon ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada sürücüyə və onun maşınında sərnişin qismində olan həmkəndlisi Bəhruz Qardaşova aid 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-da araşdırma aparılır.

İlkin Piranov Space-Zaqatala

Paylaş

 Xəbəriniz olsun