Narkotik vasitə aşkarlandı

  • SpaceTV
  • 23 Yanvar 2020 17:40

Paytaxt sakini əvvəllər məhkum olunmuş Rafiq Mehdiyevin istintaqa məlum olmayan mənbədən 2000 manata narkotik vasitə olan heroin alması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində  Rafiq Mehdiyev  Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb.  Onun üzərində şəxsi axtarış aparılan zaman  1 bükümdə ümumi çəkisi 1 kiloqram 108 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.  Rafiq Mehdiyev  ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun