Narkotik vasitə aşkarlandı

  • SpaceTV
  • 21 Noyabr 2019 11:49

Müqabil Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram  tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs Rəşad Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı Müqabil Məmmədov və Rəşad Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun