Narkotik vasitə aşkarlandı

  • SpaceTV
  • 28 Oktyabr 2019 12:41

Onun üzərində şəxsi axtarlıış aparılan zaman bir ədəd kibrit qutusunda qablaşdırılan 2,509 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Vasif  İsmayılovun idarə etdiyi minik  avtomobilindən əlavə olaraq 3,288 qram 12 büküm qurudulmuş marixuana,  2,125 qram narkotik vasitə metamfetamin, 15,487 qram 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda 28,135 qram çətənə bitksinin toxumları aşkar olunaraq götürülüb. Vasif Ismayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı Vasif İsmayılova narkotik vasitələri satab əvvəllər mhkum olunmuş Alar kənd sakini Qoşqar Məmmədov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən 1 ədəd paketdə 975 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb. Qoşqar Məmmədov narkotik vasitlərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV      

Paylaş

 Xəbəriniz olsun