Narkotik tərkibli həblər aşkarlandı

  • SpaceTV
  • 11 Dekabr 2019 15:50

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Astara polsinə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. Səxavət  Qasımov narkotik vasitəni Respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun