Narkotik satan şəxs saxlanılıb

  • SpaceTV
  • 28 Avqust 2019 16:58

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan Nurəddin  Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. 

Nurəddin Muradov İran İslam Respublikasının vətəndaşı olan Səyavuş adlı bir şəxslə 2 ildir ki, tanış olduğunu və narkotik vasitəni də ondan əldə etdiyini bildirib. 

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Rövşən Almazoğlu  Space  Astara

Paylaş

 Xəbəriniz olsun