Narkotik satan şəxs saxlanıldı

  • SpaceTV
  • 2 Dekabr 2019 17:03

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb. Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Sabir Məhərrəmov  dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun