Narkotik plantasiyası

  • SpaceTV
  • 6 Avqust 2019 17:06

Şəkidə həyətini narkotik plantasiyasına çevirən şəxs saxlanıb. Evindən həmçinin ov tüfəngi də götürülüb.

Polisin uğurlu əməliyyatı nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun İbrahimkənd kənd sakini 49 yaşlı Cavanşir Mustafayev saxlanıb. Saxlanan şəxsin kənddə yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumi çəkisi 120 kiloqrama yaxın  49 ədəd yaşıl, 10 ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə kolları, sellofan torbalarda  123 qram qurudulmuş, 52 qram qurudulmamış marixuana, 24 ədəd plastik qabda çətənə bitkisinin şitilləri və toxumları, eləcə də sənədsiz 16 kalibrli təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Saxlanan şəxs ilkin ifadəsində həmin narkotik tərkibli bitkiləri satış məqsədilə becərdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin Piranov Space-Şəki

Paylaş

 Xəbəriniz olsun