Narkotik maddə aşkarlandı

  • SpaceTV
  • 19 Sentyabr 2019 13:44

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik maddələrin qanunsuz əkilməsi və dövriyyəsinə qarşı apardığı növbəti axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində rayonun Qaracallı kənd sakini Cəmil Mikayılov saxlanılıb. Həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və satışı ilə məşğul olan şəxs yaxalanıb. İlkin dindirilmə zamanı əməlini etiraf edən şəxs istintaqa təhvil verilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vahid  Fəxri  Ucar Space

Paylaş

 Xəbəriniz olsun