Narkotik çəkən sürücü saxlanılıb

  • Space TV
  • 29 Noyabr 2019 16:15

Narkotik qəbul etdikdən sonra sərxoş şəkildə sərnişin dolu avtobusu idarə edən sürücü saxlanılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Salyan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı sərnişin avtobusu saxlanılıb. Sürücünün tibbi müayinəsi zamanı sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında sərxoş şəkildə idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə baxış keçirilib. Onun üzərindən bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun