Narkotik becərən şəxslər saxlanıldı

  • Space TV
  • 17 İyun 2020 15:09

Şöbə əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən  əməliyyat tədbirləri ilə rayonun Xudat şəhər sakini Rüstəm Fətəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən  31 ədəd çətənə kolları aşkarlanıb.Dindirilmə zamanı Rüstəm Fətəliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Aşkar olunan çətənə kolları  polis tərəfindən ərzidən  götürülüb.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

                                                          Emin Vaqifoğlu space tv

Paylaş

 Xəbəriniz olsun