Narkotik becərən şəxs saxlanıldı

  • Space TV
  • 8 İyun 2020 10:41

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı  rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Şöhrət  Quliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Hazırda faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

                                                  Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun