Narkotik aşkarlanıb

  • SpaceTV
  • 13 Dekabr 2019 16:34

Cəlilabad Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-  axtarış tədbirləri nəticəsində Ələt-Astara  magistiral yolunun  rayonun  Muğan kəndi ərazisindın keçən hissəsində  Bakı şəhər sakini, İntiqam Hüseynovun idarə etdiyi avtomobillə birlikdə saxlanılıb və  polis şöbəsinə gətirilib. Avtomobilə  baxış  keçirilən  zaman  sürücü  oturacağının  alt  hissəsində bir ədəd  qara rəngli  polietilin torbada olan iki ədəd  bağlamada 2,630 qram  çəkidə  narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, həmin narkotik vasitəni İntiqam Hüseynova  İran İslam Respublikası  ərazisindın şəxsiyyəti məlum olmayan  şəxs tərəfindən satış məqsədi ilə göndərib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun