Narkotik alveri ilə məşğul olan ata və oğul saxlanılıb.

  • Space TV
  • 1 May 2020 15:11

Daxil olmuş məlumat əsasında rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb. Davam edən tədbirlərlə Fədail Aydınlaının yaşadığı evə keçirilən baxış zamanı onun atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə narkotik vasitə heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun