Narkotik əkən saxlanıldı

  • SpaceTV
  • 26 Sentyabr 2019 17:18

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində,rayonun Qarabaldır kəndi ərazisində, meşə zolağında ümumi çəkisi 3 kiloqram 365 qram olan 18 ədəd çətənə bitki kolları aşkar edilib. Həmin kolları yetişdirən Balakən rayon sakinləri 44 yaşlı Elman Həbilov və 47 yaşlı İlqar Qebedov elə iş başında yaxalanıblar.

Uzun məsafəni qətt edərək Qax rayonunda çətənə bitki kollarını əkərək yetişdirən iki dost əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı  Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov Space-Qax

Paylaş

 Xəbəriniz olsun