Narkotacir saxlanıldı

  • SpaceTV
  • 23 Oktyabr 2019 15:32

Onun üzərində şəxsi axtarış aparılan 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan İlham Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə də müvafiq qaydada baxış keçirilib. Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram narkotik vasitə tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb.

Ümumilikdə Baş İdarə tərəfindən qanunsuz dövriyyədən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin Sabunçu və paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əsas narkotacirlərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı İlham Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun