Narkotacir saxlanıldı

  • SpaceTV
  • 27 Aprel 2020 17:06

Paytaxt sakini Səyyad Kərimov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 422 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Səyyad Kərimov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun