Narkotacir cinayət başında saxlanıldı

  • SpaceTV
  • 16 Mart 2020 13:28

Astara polisinin daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. “İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Şükür Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

RÖVŞƏN ALMAZOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun