Naringi yığımına başlanılıb

  • SpaceTV
  • 21 Oktyabr 2019 15:50

Astaranın sitrus bağlarında naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Yerli sortlar gec yetişdiyindən indi bağlarda “karli” sortu yığılır. Məhsuldarlıq ötən illə müqayisədə bu il aşağıdır. Fermerlər ötən il hər ağacdan 45 -50 kiloqram məhsul yığa bilmişdilərsə, bu il bu rəqəm 30-35 kiloqram olub.

Ötən il bir kiloqramı 2 manata satılan naringinin bu ilki qiyməti 1 manat 10 qəpikdən 70 qəpiyədək dəyişir. Fermerlər yetişdirdikləri naringinin əsasən ölkənin daxili bazarlarında satışa çıxarılmasına üstünlük verirlər. Onlar bunu məhsulun az olması və Rusiyanın gömrük məntəqələrində rüsumların qaldırması ilə əlaqələndirirlər.

Keçən il Astarada 1169,6 hektar məhsuldar naringi bağlarından 32 min tona yaxın məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 273 sentner olub. Cari ildə rayonda 353,5 hektar yeni naringi bağları salınıb. Bu il  bağlardan isə 40 min ton məhsulun yığılması proqnozlaşdırılır. Noyabr ayından etibarən yerli sort naringilərin yığımına başlanılacaq ki, fermerlər bu sortlarda məhsuldarlığın bol olacağına əmindirlər.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun