Nardaranda silah və qumbaralar tapıldı – Polis araşdırma aparır

  • SpaceTV
  • 23 Oktyabr 2019 10:51

Nardaran sakinin evindən odlu silahlar və partlayıcı maddələr aşkar edilib.

SPACE TV  bildirir ki,, Nardaran sakini, 1988-ci il təvəllüdlü İsmayıl Əliyevin yaşadığı evin həyətində yerləşən toyuq hinində topağa basdırılmış 2 ədəd tüfəng, 3 ədəd əl qumbarası və silah kəməri aşkarlanıb.

Saxlanılan şəxs həmin silah-sursatın 2016-cı ildə ölmüş babasına məxsus olduğunu deyib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun