Hava küləkli hektarlarla ərazidə daş kəsən texnikalardan çıxan bütün toz- duman ətrafda olan yaşayış evlərini bürüyüb.Bu daş karxanasında karantin müddətində qaydalara riaəyət edilməsindən isə heç söhbət gedə bilməz.Görüntülər sabunçu rayonu Nardaran qəsəbəsində illərdir ki, fəaliyyət göstərən daş karxanalarından birindəndir
Kənd sakinləri deyirlər ki, illərdir ki, karxananın tozu dumanı onlara gün verib, işıq vermir.Dəfələrlə aidiyyatı qrumlara bununla bağlı şikayət olunsada ancaq təssüflər ki, karxana fəaliyyətini elə əvvəlki qaydada davam etdirir
Səhər saatları olmasına baxmayaraq göz baxdıqca uzanan daş karxanalarında çalışan içşilərin bir neçəsi ilə həmsöhbət olduq. İstismar müddətini xeyli vaxtdır başa vurmuş və kustar üsulla istifadə edilən bu texnikaları işlədən usta və fəhlələr ölümlə hər an üz-üzə qaldıqlarından belə xəbərsizdilər
Çəkliş qrupunun gəldiyini eşidər eşitməz karxana rəhbəri Ədalət Məmmədov “sanki tozu dumanı biz gələndə özümüzlə gətirmişik” görüntüsünü bizə sübut etmək üçün əraziyə dərhal su maşınları gətirildi.
Sakinlərin şikayətinin əsassız olduğunu deyən karxana rəhbəri onun obyektinin deyil,toza dumana batan yaşayış evlərinin sökülməsinə ehtiyac olduğunuda deməkdən də çəkinmədi
Geniş ərazini əhatə edən bu karxanada təhlükəsizlik qaydalarına riayət edilməməsinə elə karxananın dörd yanında gözə dəyən elektirik naqillərinin üzərinin açıq olmasından görmək mümkün idi.
Mövzuyla bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, sözgedən daş karxanasına baxış keçiriləcək və aparılan araşdırmalardan sonra ətraflı məlumat veriləcək.Mözunu davam etdirəcəyik.
RƏŞAD VƏKİLOĞLU SPACE TV