Nar yığımı

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:10

Son illər Biləsuvar rayonunda bir çox sahələr kimi nar bağlarının salınmasına xeyli maraq artıb. Rayonda əkilən 240 hektar  nar bağı artıq öz məhsuldar dövrünü yaşayır. Bir neçə gündür  ki, nar bağlarında məhsul yığımına başlanılıb. Nar bağlarında əsasən Vələs və Gülöyşə  sortu yertişdirilib.

Dadına və keyfiyyətinə görə meyvələrin şahı sayılan nar məhsuluna təlabat olduğundan daha çox Rusiya bazarlarına çıxarılır. Rusiya bazarlarına çıxarılan nar məhsulunun hər tonunun qiyməti isə 800-1000 manat arasında dəyişir.Bu günə kimi rayonda nar bağlaından 100 tondan artıq məhsul yığılaraq xarici bazarlara göndərilib. Mövsüm ərzində nar bağlarından 300-350 ton məhsul yığılacağı gözlənilir.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun