Nar festivalı keçirilib

  • SpaceTV
  • 9 Noyabr 2019 16:17

Göyçayda “Nar festivalı” keçirilib.  Sayca 14-cü olan festival çox təntənəli, möhtəşəm şəkildə qeyd edilib. Festivalı izləmək üçün ölkəmizin, demək olar ki, bütün bölgələrindən insanlar Göyçaya axın edib. Minlərlə kütlənin iştirakı ilə festivalda nar becərilən bütün bölgələrin məhsulları nümayiş edilib. Dövlət rəsmilərinin, yerli sakinlərin  və qonaqların iştirakı festivalda nümayiş edilən sərgiyə baxış keçirilib.

 Festivalda diqqəti çəkən daha bir məqam isə cütlüklərin nikah mərasimi olub. Belə ki, rayon sakinləri Nahid Qasımov və Gültən Qasımovanın elə məhz bugünkü gündə, qonaqların gözü önündə nikah mərasimləri baş tutub.

Kənd təsərrüfatı məhsullarının nümayişi bitdikdən sonra “Bayraq meydanı” ərazisində möhtəşəm konsert proqramı keçirilib. Tədbirin günün ikinci yarısına kimi davam edəcəyi bildirilir.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun