“Twitter”in təsisçisi Cek Dorsinin sosial şəbəkədəki “account”u naməlum şəxslər tərəfindən “qırılıb”.
Bu barədə “Twitter”in kommunikasiyalar üzrə komandası məlumat yayıb.
“Biz bilirik ki, Cekanın hesabı “qırılıb” və nə baş verdiyini aydınlaşdırırıq”, – deyə məlumatda qeyd olunur.
Şirkətin mətbuat xidmətinin sonradan yaydığı məlumata görə, baş direktor Cek Dorsinin “Twitter” hesabı üzərində nəzarəti bərpa olunub və onun hesabının təhlükəsizliyi təmin edilib.