Naməlum şəxs inəkləri güllələyib

  • SpaceTV
  • 25 Sentyabr 2020 11:06

Zaqatalada iki baş iribuynuzlu mal nəməlum şəxs tərəfindən odlu silahla vurulub. Rayonun Muğanlı kənd sakini Rəsul Musayevin   Space TV-ə verdiyi məlumata görə,  ötən gün axşam saatlarında ailəsinə məxsus iki baş inəyi naxırdan evə dönmədiyi üçün heyvanların axtarışına başlayıb. Rəsul  Musayev inəklərinin kəndin ərazisində nəməlum şəxs tərəfindən odlu silahla vurularaq tələf edildiyini görüb.
Rəsul Musayev ailəsinə məxsus inəklərin güllələnməsi barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib. Zaqatala RPŞ-dən hadisə ilə bağlı araşdırma aparıldığını bildirilib.

İlkin Piranov, Space TV

Paylaş

 Xəbəriniz olsun