Naməlum mənşəli xəstəlik yayılır: ölənlər var

  • Space TV
  • 31 Dekabr 2019 14:22

Çində naməlum sətəlcəm növü yayılır.

“Ria Novosti” agentliyi məlumat verir ki, Çinin Hubei əyalətində sürətlə naməlum mənşəli sətəlcəm növü yayılıb.

Əyalətin səhiyyə idarəsi tibb müəssisələrinə statistika aparmağı və xəstələrin vəziyyətini nəzarətdə saxlamaq barədə göstəriş verib.

İdarədən yerli KİV-lərə verilən məlumatda, həkimlər tərəfindən sətəlcəmin hansı növə aid olduğu və xəstəliyə tutulan şəxslərin müalicəsinin təcrid olunmuş vəziyyətdə aparıldığı bildirilib.

Son məlumata əsasən, 27 nəfər naməlum virusa yoluxub, onlardan beş xəstə vəfat edib.

Paylaş

 Xəbəriniz olsun