Naməlum bağlama

  • SpaceTV
  • 4 Dekabr 2019 15:53

Hadisə rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini Fazil Əsədov axşam  saatlarında evinin həyətyanı sahəsində gəzərkən çox maaqlı və müəmmalı bir bağlama ilə rastlaşıb. Təxminən 10 metrlik ipin izi ilə getdikdən sonra ağacdan asılmış bir bağlama görüb. Bağlama ucunda isə bir qurğu olub. Qurğunun üzərində “Erməni şərəfsizdir” və “Hər şey Vətən üçün” sözləri yazılıb. Yazıların sonunda isə bir neçə şəxsə aid olan imzalar öz əksini tapıb.

Elə bu təlaşla da dərhal DİN-in 102 “Qaynar xətt” nömrəsinə zəng edərək hadisə ilə bağlı məlumat verib. Hadisə yerinə polis əməkdaşları əraziyə baxış keçirib. Məsələnin necə, kim tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun