Naftalan şəhərində silah-sursat tapılıb – FOTO

  • Space TV
  • 2 Fevral 2021 14:59

Naftalan şəhər Polis Şöbəsinə şəhər ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə dərhal ŞPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.

Araşdırmalar zamanı 1 ədəd RPQ-18 (“Muxa”) qumbaraatanı, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alışdırıcısı üzərində olan, 1 ədəd “F-1”, 3 ədəd “RQN” əl qumbaraları, ümumilikdə 74 ədəd müxtəlif kalibirli avtomat patronları, 3 ədəd müxtəlif silahlara məxsus avtomat darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun